Aydın Süleymanlıdan tarixi qələbə

19.06.26 | 22:11
Digər növlər

Honkonqda rapid və blits üzrə klublararası dünya çempionatı davam edir. İyunun 21-nə qədər davam edəcək turnirdə ölkəmizi “Odlar Yurdu” komandası təmsil edir. Heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimovun yer aldığı kollektiv rapid yarışlarını başa vurub.

Yarışın üçüncü günündə keçirilən son 4 turda “Odlar Yurdu” “Chess Thulir” (2:4) və “Chessgurukul” (1:5) klublarına uduzsa da, “WR Chess” (3,5:2,5) və “KazChess” (3,5:2,5) üzərində qələbə qazanıb. “WR Chess” ilə matçda birinci lövhədə oynayan Aydın Süleymanlı eks-dünya çempionu və dünya reytinqinin lideri Maqnus Karlseni məğlub edərək turnirin ən böyük sürprizinə imza atıb. 12 turun yekununda 15 xal toplayan “Odlar Yurdu” rapid mərhələsini 11-ci pillədə başa vurub.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə Qazaxıstanın “KazChess” klubunun heyətində mübarizə aparır. Onun komandası 12 turdan sonra 13 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə 48 komandanın yarışdığı mundialın ümumi mükafat fondu 500 000 avrodur. Rapid yarışlarından sonra komandalar blits üzrə qalibi müəyyənləşdirəcəklər.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24