Avropanın 4 nəhəngi FİFA-ya qarşı

07.07.26 | 08:36
Dünya futbolu

ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra FİFA-nın amerikalı hücumçu Folarin Boloqunun qırmızı vərəqəsini ləğv etməsi və onun Belçika ilə 1/8 final oyununda meydandaya çıxmasına icazə verməsi dünya futbolunda böyük qalmaqala yol açıb. Qurumun bu qərarı xüsusilə Almaniya mətbuatının sərt reaksiyası ilə qarşılanıb. Aparıcı idman icmalçıları FİFA prezidenti Canni Infantinonu dərhal istefaya çağırıb.

Almaniyanın nüfuzlu nəşrlərinin skandalla bağlı şərhləri:

“Die Welt” (Henninq Fayndt): Bu qərarı “idman dəyərlərinin ayaqlar altına atılması” kimi qiymətləndirən müəllif, Avropanın aparıcı futbol dövlətlərini (Almaniya, İngiltərə, Fransa, İspaniya) FİFA-ya qarşı üsyana çağırıb: “Avropa İnfantinonu dərhal devirməlidir. UEFA, İnfantino getməsə, FİFA-dan ayrılmaqla hədələməlidir. İyulun 19-da keçiriləcək finaldan sonra kuboku Tramp və İnfantinonun təqdim edəcəyi reallığı ilə barışmaq artıq qeyri-mümkündür”.

“Frankfurter Allgemeine Zeitung” (Kristof Bekker): Qərarı idman dünyası üçün “nüvə fəlakəti” ilə müqayisə edən yazar, FİFA-nın müstəqilliyinin itdiyini vurğulayıb: “Trampın bir zəngi ilə Boloqunun Belçikaya qarşı oynaması fəlakətdir. İndi gərək Almaniya kansleri Fridrix Merts də İnfantinoya zəng edib Paraqvayla oyunundakı penaltini ləğv etdirsin? Bu rəzalətə səssiz qalanlar idmana xəyanət edirlər”.

“Süddeutsche Zeitung” (Reymer Klüver): Nəşr bu hadisənin idmanı aşaraq Trampın yeni dünya nizamının bir göstəricisi olduğunu qeyd edib: “Trampın bir zəngi hakimin toxunulmazlığı qaydasını darmadağın etdi. Tramp komanda oyunçusu deyil, onun dünyasında qaydalar yox, güclünün dediyi keçərlidir. Bu qırmızı vərəqə skandalı, güclünün zəifləri cəzasız şəkildə əzə biləcəyinin növbəti iyrənc sübutudur”.

Qeyd edək ki, FİFA qaydalarına görə qırmızı vərəqə alan futbolçu növbəti oyunu mütləq buraxmalıdır. Hazırda bütün dünya futbol ictimaiyyətindən İnfantinonun bu “görünməmiş özbaşınalığına” qarşı genişmiqyaslı etirazlar dalğası gözlənilir.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24