Avropa Liqasının 1/4 final yekunları: “Villa” darmadağın etdi, “Braqa”dan möhtəşəm geridönüş

17.04.26 | 07:44
Dünya futbolu

Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları həqiqi futbol şousuna səhnə oldu. İngiltərə klublarının əzələ nümayişi, Portuqaliya inadkarlığı və Almaniya maşınının növbəti qurbanı – baxış bucağımızda gecənin ən önəmli hadisələridir. Yarımfinala vəsiqə qazanan “Aston Villa”, “Nottinhem Forest”, “Frayburq” və “Braqa” kuboka bir addım da yaxınlaşdı.

Unay Emerinin rəhbərliyi altında fırtına kimi əsən “Aston Villa”, İtaliyanın “Bolonya” klubuna heç bir şans tanımadı. Səfərdəki 3:1 hesablı qələbənin verdiyi inamla “Villa Park”a çıxan birmingemlilər, rəqibini sözün əsl mənasında darmadağın etdi. Oli Uotkinsin erkən qolu ilə başlayan qol yağışı, Morqan Rocersin qaçırdığı penaltiyə baxmayaraq səngimədi. Rəqib müdafiəsinin çaşqınlığından məharətlə istifadə edən Buendia və dərhal ardınca səhvini qolla yuyan Rocers hələ ilk hissədəcə matçın intriqasını öldürdü. İkinci yarıda tempi bilərəkdən aşağı salan ingilislər, Ezri Konsanın qolu ilə ümumi hesabı 7:1-ə çatdırdılar. Premyer Liqada Çempionlar Liqası zonası (“Top-5”) uğrunda mübarizə aparan “Villa”, Avropada da ən iddialı komandalardan biri olduğunu sübut etdi.

Premyer Liqada qalmaq uğrunda ölüm-dirim mübarizəsi aparan “Nottinhem Forest” üçün “Portu” sınağı olduqca ağır və emosional keçdi. Portuqaliyadakı bərabərlikdən sonra bütün düyünlər “Siti Qraund”da açılmalı idi. Matç meydan sahibləri üçün ideal ssenari ilə başladı. 5-ci dəqiqədə Yan Bednarekin Kris Vuda qarşı kobudluğu və VAR-ın müdaxiləsi ilə gələn qırmızı vərəqə “əjdahalar”ı azlıqda qoydu. Rəqibin şokdan çıxmasına imkan verməyən Nottinhem təmsilçisi, 9-cu dəqiqədə Rosarionun avtoqolu ilə önə keçdi. Gecənin ən təsirli anı isə qol sevinci zamanı yaşandı – futbolçular bu qolu yaxınlarda anasını itirən komanda yoldaşları Elliot Andersona həsr etdilər. Bu tək qol komandanı yarımfinala daşımaqla yanaşı, onlara Çempionlar Liqasına gedən yolda (turnirin qalibi kimi) böyük ümidlər verdi.

Gecənin ən dramatik və gərgin qarşılaşması Əndəlüsdə baş tutdu. İlk oyundakı 1:1 hesablı sülhdən sonra “Real Betis” doğma meydanda matça fırtına kimi başladı.

İspanlar ilk yarının ortalarına qədər iki dəfə fərqlənərək cütü öz xeyirlərinə həll etmiş kimi görünsələr də, “Braqa”nın fərqli planları var idi. Fasiləyə qədər fərqi azaldan portuqallar, ikinci hissənin dərhal əvvəlində – cəmi 4 dəqiqə içində vurduqları iki qolla ispanları nokauta saldılar. İkinci yarının ortalarında isə Qorbi səhnəyə çıxaraq vurduğu dördüncü qolla “Braqa”nın yarımfinal biletini rəsmiləşdirdi və İspaniyada möhtəşəm bir geri dönüşə imza atdı.

Almaniya təmsilçisi “Frayburq” üçün “Selta” ilə cavab qarşılaşması sadəcə formal xarakter daşıyırdı. Almaniyadakı 3:0 hesablı darmadağının verdiyi rahatlıqla çıxış edən qonaqlar, İspaniyada da rəqibinə rəhm etmədi.

Avropa Liqasında finala gedən yolda ” Asto Villa”  ” Nottingem”lə “Frayburq” isə “Braqa” ilə qarşılaşacaq. Yarımfinal oyunları aprelin 30-u və mayın 7-də keçiriləcək.

Avropa Liqası. 1/4 final, cavab oyunları

Selta (İspaniya) – Frayburq (Almaniya) 1:3 

Svedberq, 90 – Matanoviç, 33. Sudzuki, 39; 51.

İlk oyun – 0:3

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 4:0

Uotkins, 16. Buendiya, 26. Rocers, 39. Konsa, 89.

İlk oyun – 3:1

Betis (İspaniya) – Braqa (Portuqaliya) 2:4

Antoni, 13. Ez Abde, 26 – Viktor, 38. Karvalyu, 49. Orta, 53-pen. Qorbi, 74

İlk oyun – 1:1

Nottingem (İngiltərə) – Portu (Portuqaliya) 1:0

Qibbs-Uayt, 12. 

İlk oyun – 1:1

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41