Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35
Dünya futbolu

Bu axşam UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Futbolsevərləri həm böyük hesablı üstünlüyün qorunmağa çalışılacağı, həm də hər şeyin sıfırdan başlayacağı maraqlı qarşılaşmalar gözləyir.

Günün ilk qarşılaşması İspaniyada baş tutacaq. Səfərdə “Frayburq”u 3 cavabsız qolla məğlub edən “Selta” yarımfinalın bir addımlığındadır. Almaniya təmsilçisi üçün bu oyun “missiya qeyrimümkün” kimi görünsə də, erkən vurulacaq bir qol matçın ssenarisini dəyişə bilər.

Birmingemdə “Aston Villa” üstünlüyünü qorumağa çalışacaq. İlk matçda “Bolonya”nı 3:1 hesabı ilə üstələyən Unai Emerinin yetirmələri favorit hesab olunur. Lakin italyanların inadkar mübarizəsi “Villa Park”da sürprizlərin yaşanmayacağına zəmanət vermir.

Gecənin ən maraqlı və gərgin keçməsi gözlənilən iki matçı isə bərabərliklə bitən ilk oyunların davamı olacaq. “Betis” doğma meydanda “Braqa”nı qəbul edir. 1:1-lik hesab hər iki tərəfə bərabər şanslar tanıyır.

Eyni ssenari İngiltərədə də yaşanacaq. Yarımfinal yolunda “Nottingem Forest” və “Portu” üz-üzə gəlir. Portuqaliyada qeydə alınan 1:1 hesabı “Siti Qraund” stadionundakı mübarizəni gecənin finalına çevirir.

Avropa Liqası. 1/4 final, cavab oyunları

20:45 Selta (İspaniya) – Frayburq (Almaniya) CBC Sport

23:00 Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)

23:00 Betis (İspaniya) – Braqa (Portuqaliya) CBC Sport

23:00 Nottingem (İngiltərə) – Portu (Portuqaliya) İctimai TV

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51