Bu axşam UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Futbolsevərləri həm böyük hesablı üstünlüyün qorunmağa çalışılacağı, həm də hər şeyin sıfırdan başlayacağı maraqlı qarşılaşmalar gözləyir.
Günün ilk qarşılaşması İspaniyada baş tutacaq. Səfərdə “Frayburq”u 3 cavabsız qolla məğlub edən “Selta” yarımfinalın bir addımlığındadır. Almaniya təmsilçisi üçün bu oyun “missiya qeyrimümkün” kimi görünsə də, erkən vurulacaq bir qol matçın ssenarisini dəyişə bilər.
Birmingemdə “Aston Villa” üstünlüyünü qorumağa çalışacaq. İlk matçda “Bolonya”nı 3:1 hesabı ilə üstələyən Unai Emerinin yetirmələri favorit hesab olunur. Lakin italyanların inadkar mübarizəsi “Villa Park”da sürprizlərin yaşanmayacağına zəmanət vermir.
Gecənin ən maraqlı və gərgin keçməsi gözlənilən iki matçı isə bərabərliklə bitən ilk oyunların davamı olacaq. “Betis” doğma meydanda “Braqa”nı qəbul edir. 1:1-lik hesab hər iki tərəfə bərabər şanslar tanıyır.
Eyni ssenari İngiltərədə də yaşanacaq. Yarımfinal yolunda “Nottingem Forest” və “Portu” üz-üzə gəlir. Portuqaliyada qeydə alınan 1:1 hesabı “Siti Qraund” stadionundakı mübarizəni gecənin finalına çevirir.
Avropa Liqası. 1/4 final, cavab oyunları
20:45 Selta (İspaniya) – Frayburq (Almaniya) CBC Sport
23:00 Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
23:00 Betis (İspaniya) – Braqa (Portuqaliya) CBC Sport
23:00 Nottingem (İngiltərə) – Portu (Portuqaliya) İctimai TV