Avropa Liqasında gərgin start: Portuqaliyada son dəqiqə qolu, İngiltərədə penalti dramı

01.05.26 | 01:36
Dünya futbolu

Portuqaliyada yerli “Braqa” Almaniyanın “Frayburq” komandasını qəbul edib. Pley-off mərhələsində “Ferensvaroş” və “Betis” kimi rəqibləri sıradan çıxaran “Braqa”, oyuna sürətli start verib. Artıq 8-ci dəqiqədə Qomesin ötürməsini qola çevirən Tiknaz meydan sahiblərini önə keçirib. Lakin almanlar tezliklə cavab veriblər; müdafiənin səhvindən yararlanan Qrifo tarazlığı bərpa edib.

Matçın dramatik anlarından biri ilk hissənin sonunda yaşanıb. “Frayburq”un qapısına təyin olunan penaltini Salazar yerinə yetirsə də, qapıçı Atubolu seyv edərək komandasını geriyə düşməkdən xilas edib. İkinci hissədə hər iki tərəfin qarşılıqlı hücumlarına baxmayaraq, hesab uzun müddət dəyişməz qalıb. Yalnız uzatma dəqiqələrində səhnəyə çıxan Dorgeles “Braqa”ya vacib qələbəni qazandırıb.

Gecənin digər maraqlı qarşılaşması İngiltərədə, iki Premyer Liqa təmsilçisi arasında baş tutub. Turnirin əsas favoriti sayılan və “Avropa Liqasının kralı” Unai Emerinin rəhbərlik etdiyi “Aston Villa” “Nottinqem Forest”in qonağı olub.

Oyunun ilk hissəsində “Nottinqem Forest” daha fəal görünsə də, “Aston Villa”nın dünya çempionu qapıçısı Emiliano Martines inanılmaz seyvləri ilə diqqət çəkib. Xüsusilə İqor Jesusun yaxın məsafədən zərbəsini xətt üzərində dəf etməsi matçın qırılma nöqtələrindən biri olub.

İkinci hissədə “Aston Villa” Ollivier Uotkinslə hesabı açmağa yaxın olsa da, qapıçı Orteqa imkan verməyib. 67-ci dəqiqədə isə maraqlı hadisə baş verib: topun meydanı tərk etdiyini düşünən “Villa” müdafiəçilərinin diqqətsizliyindən yararlanan “Forest” penalti qazanıb və Kris Vud komandasını önə keçirib. Qalan dəqiqələrdə “Aston Villa”nın təzyiqi nəticə verməyib və “Nottinqem Forest” cavab oyunu öncəsi minimal üstünlük əldə edib.

Avropa Liqası, 1/2 final (ilk oyunlar)

“Braqa” (Portuqaliya) – “Frayburq” (Almaniya) — 2:1

Qollar: Tiknaz, 8. Dorgeles, 90+2 – Qrifo, 16

“Nottinqem Forest” (İngiltərə) – “Aston Villa” (İngiltərə) — 1:0

Qol: Kris Vud, 71 (p.)

Hər iki cütün cavab qarşılaşmaları mayın 7-də keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46