Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatı həlledici mərhələyə qədəm qoyub. Turnirin 7-ci turu Azərbaycan millisinin bir neçə üzvü üçün mühüm qələbələrlə əlamətdar olub.
Yüksək əzm nümayiş etdirən təmsilçilərimizdən Nicat Abasov, Məhəmməd Muradlı, Read Səmədov və Əhməd Əhmədzadə rəqiblərini məğlub edərək aktivlərinə tam xal yazdırıblar.
Digər şahmatçılarımız — Aydın Süleymanlı, Vüqar Manafov, Aydın Aslanov və Elmar Babazadə isə görüşlərini sülhlə başa vuraraq yarım xal qazanıblar. Heyətin digər üzvləri üçün isə bu tur uğursuz olub.
Hazırda turnir cədvəlində şahmatçılarımızın mövqeyi kifayət qədər perspektivli görünür. Aydın Süleymanlı 6,5 xalla 4-cü pillədə qərarlaşaraq liderlər qrupundakı mövqeyini qoruyur. Nicat Abasov isə eyni xalla (6,5 xal) əlavə göstəricilərə görə hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qitə birinciliyi həm də Dünya Kubokuna vəsiqə qazanmaq baxımından strateji əhəmiyyət kəsb edir. Ümumilikdə 11 turdan ibarət olan çempionat aprelin 19-da yekunlaşacaq.