İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə yüngülçəkili idmançılar arasında Avropa çempionatı başa çatıb.
Qitə birinciliyində Azərbaycan Su İdman Növləri Federasiyasını Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil ediblər. İkinəfərlik qayıq yarışında mübarizə aparan duet final yürüşünü ikinci pillədə başa vuraraq Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, Ziya Məmmədzadə və Nurlan Paşayev bundan əvvəl, iyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanmışdılar.