Atalıq yoxsa mundial? Ceremi Dokunun ətrafında nələr baş verir?

23.06.26 | 07:31
Dünya futbolu

Belçika millisinin 24 yaşlı ulduzu Ceremi Dokunun İrana qarşı matçı (0:0) buraxması böyük səs-küyə səbəb olub. İlkin iddialara görə, futbolçunun heyətdə yer almaması ilk dəfə ata olmağa hazırlaşması və doğuşda iştirak etmək istəyi ilə bağlı olub. Doku hələ turnirdən əvvəl bildirmişdi ki, övladının dünyaya gəlişi 1/16 final mərhələsinə təsadüf edərsə, düşərgəni tərk etməli olacaq.

Bu qərar xüsusilə Fransa mediasında ciddi tənqidlə qarşılanıb. “L’Equipe” qəzetinin əməkdaşı Frans Pyerron televiziya proqramlarının birində futbolçunu sərt şəkildə qınayıb: “Dünya çempionatı unikal bir şansdır, yüzlərlə futbolçu sənin yerində olmağı xəyal edir. Sən isə uşağın doğulmasına görə hər şeyi atıb getmək istəyirsən. Hansı ki, həmin an atanın tamamilə yararsız və lazımsız olduğu iyrənc bir vaxtdır”.

Bu bəyanat sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. Reaksiyalardan sonra Pyerron “X” platformasında üzr istəməli olub: “Bu, sadəcə bir müzakirə çərçivəsində deyilmiş şəxsi rəy idi. Sözlərimin kimisə incitdiyini anlayır və üzr istəyirəm. Ataların ailədəki rolunu kiçiltmək niyyətim

Misirlə oyunda (1:1) start heyətində meydana çıxan Dokunun İran matçındakı yoxluğunun əsl səbəbi isə tam fərqlidir. “RTL” telekanalının futbolçuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ulduz futbolçu tənəffüs yolu infeksiyasından əziyyət çəkir. Bu problem onda hələ millinin təlim-məşq toplanışı başlayan vaxtlardan yaranıb.

Mənbələr bildirir ki, Doku mətbuatda onun haqqında çıxan əsassız şayiələri və tənqidləri heyrət, kədər və məyusluqla qarşılayıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09