Belçika millisinin 24 yaşlı ulduzu Ceremi Dokunun İrana qarşı matçı (0:0) buraxması böyük səs-küyə səbəb olub. İlkin iddialara görə, futbolçunun heyətdə yer almaması ilk dəfə ata olmağa hazırlaşması və doğuşda iştirak etmək istəyi ilə bağlı olub. Doku hələ turnirdən əvvəl bildirmişdi ki, övladının dünyaya gəlişi 1/16 final mərhələsinə təsadüf edərsə, düşərgəni tərk etməli olacaq.
Bu qərar xüsusilə Fransa mediasında ciddi tənqidlə qarşılanıb. “L’Equipe” qəzetinin əməkdaşı Frans Pyerron televiziya proqramlarının birində futbolçunu sərt şəkildə qınayıb: “Dünya çempionatı unikal bir şansdır, yüzlərlə futbolçu sənin yerində olmağı xəyal edir. Sən isə uşağın doğulmasına görə hər şeyi atıb getmək istəyirsən. Hansı ki, həmin an atanın tamamilə yararsız və lazımsız olduğu iyrənc bir vaxtdır”.
Bu bəyanat sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. Reaksiyalardan sonra Pyerron “X” platformasında üzr istəməli olub: “Bu, sadəcə bir müzakirə çərçivəsində deyilmiş şəxsi rəy idi. Sözlərimin kimisə incitdiyini anlayır və üzr istəyirəm. Ataların ailədəki rolunu kiçiltmək niyyətim
Misirlə oyunda (1:1) start heyətində meydana çıxan Dokunun İran matçındakı yoxluğunun əsl səbəbi isə tam fərqlidir. “RTL” telekanalının futbolçuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ulduz futbolçu tənəffüs yolu infeksiyasından əziyyət çəkir. Bu problem onda hələ millinin təlim-məşq toplanışı başlayan vaxtlardan yaranıb.
Mənbələr bildirir ki, Doku mətbuatda onun haqqında çıxan əsassız şayiələri və tənqidləri heyrət, kədər və məyusluqla qarşılayıb.