Beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor Asim Xudiyev yeni mövsümdə UEFA-dan ilk təyinatını alıb.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, həmyerlimiz Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) matçının hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 8-də Qazaxıstanın Almatı şəhərində baş tutacaq.