Fransa millisi DÇ-2026-nın 1/4 finalında Mərakeş yığmasını məğlub edərək ardıcıl üçüncü dünya çempionatında yarımfinala yüksəlməklə tarixi uğura imza atıb.
Didye Deşamın rəhbərlik etdiyi komanda bununla dünya çempionatları tarixində ardıcıl ən azı üç mundialın yarımfinalına vəsiqə qazanan cəmi üçüncü milli olub. Fransızlar bu göstəricidə Almaniya (AFR daxil olmaqla) və Braziliya yığmalarına qoşulublar.
Fransa millisi bundan əvvəl 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında çempion olmuş, 2022-ci ildə Qətərdə təşkil olunan mundialda isə finala qədər irəliləmişdi. Komanda indi isə DÇ-2026-da da yarımfinal mərhələsinə yüksələrək ardıcıllığını davam etdirib.
Qeyd edək ki, dünya çempionatları tarixində bu uğura yalnız üç milli imza atıb. Almaniya (AFR) ardıcıl yarımfinal seriyasını üç dəfə təkrarlayıb və bunlardan biri dörd mundialı əhatə edib. Braziliya isə iki fərqli dövrdə ardıcıl üç dünya çempionatının yarımfinalına yüksəlib.
Dünya çempionatlarında ardıcıl ən azı üç dəfə yarımfinala yüksələn millilər:
Almaniya (AFR) – 1966–1974, 1982–1990, 2002–2014
Braziliya – 1970–1978, 1994–2002
Fransa – 2018–2026