Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasının yaydığı məlumata görə, 5-ci qrupda yer alan Naxçıvan təmsilçisi` ilk matçını oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək.
“Qırmızı-ağlar” bir gün sonra – oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” klubu ilə üz-üzə gələcək. Komanda qrupdakı son oyununu isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək.
5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərində yerləşən “Prezero Arena”da baş tutacaq. arşılaşmaların başlama saatları isə hələ müəyyənləşdirilməyib.