“Araz-Naxçıvan” transfer fəallığını davam etdirir: Heyətə daha iki yerli oyunçu cəlb olundu

14.08.26 | 18:42
Ölkə futbolu

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” yay transfer pəncərəsində heyətini gücləndirməkdə davam edir. Klubdan verilən rəsmi məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə bir illik müqavilə imzalayıb.

Komandanın yeni hücumameyilli yarımmüdafiəçisi Nihat Mehralıyevin 21 yaşı var. Ötən mövsümü “Şamaxı”nın heyətində keçirən gənc istedad, eyni zamanda beynəlxalq təcrübəyə də malikdir və ölkəmizin U-21 yığmasında iki rəsmi matçda forma geyinib.

Cinah xəttini gücləndirən digər transfer isə 25 yaşlı vinger Qabil Əlizadədir. Bu keçid futbolçu üçün bir növ yuvaya dönüş xarakteri daşıyır. Belə ki, o, karyerasının əvvəlki dönəmlərində məhz “Araz-Naxçıvan”ın əvəzedici komandasında çıxış edib. Əlizadə daha sonra “Sumqayıt-2”, “Karvan” (Yevlax) və “Mingəçevir” klublarının şərəfini qoruyub.

Xatırladaq ki, yeni mövsüm öncəsi heyətində ciddi yenidənqurma işləri aparan “Araz-Naxçıvan” buna qədər zəngin transfer siyahısına imza atıb. Klub artıq Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto da Silva, Mara Məhəmməd, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiç kimi futbolçuları rənglərinə bağlayıb.

Paylaş:

Xəbər Lenti

Statistiklər “Tvente”ni favorit göstərir: “Qarabağ”ı pley-offda çətin Niderland sınağı gözləyir!

15.08.26 | 11:12

“Hapoel” “Sabah” matçından önçü rotasiyaya əl atır

15.08.26 | 10:33

Kriştiano Ronaldonun milyonluq nikah müqaviləsi və hamını şoka salan yeni imici

15.08.26 | 10:27

Çiro İmmobile karyerasını başa vurdu: 36 yaşında futbolla vidalaşan əfsanənin izi ilə

15.08.26 | 09:05

“Srvena Zvezda”da kütləvi təmizlənmə: Belqrad nəhəngi heyəti yarıbayarı azaldır

15.08.26 | 02:01

İmad Faraj “Neftçi”dən ayrıldı

15.08.26 | 02:54

“Qalatasaray” mövsümə xal itkisi ilə başladı: Tribunalardan istefa şüarları səsləndi

15.08.26 | 01:33

Premyer Liqada ilk tur həyəcanı davam edir

15.08.26 | 01:29

Qurban Berdıyev: “Arxadan endirilən zərbələrin fiziki hazırlıqla nə əlaqəsi var?!”

15.08.26 | 01:06

Kaxaber Tsxadadze: “Həyat belədir, güclü olmalıyıq, mən özümə inanıram”

15.08.26 | 01:39

“Turan Tovuz” yeni mövsümə qələbə ilə başladı

15.08.26 | 00:11

Andrey Tlumak: “‘Qarabağ’ növbəti mərhələyə daha çox layiq idi, ‘Dinamo’ isə eyni səhvləri təkrarlayır”

14.08.26 | 18:20

“Araz-Naxçıvan” transfer fəallığını davam etdirir: Heyətə daha iki yerli oyunçu cəlb olundu

14.08.26 | 18:42

“Qarabağ”ın pley-off oyunlarının hakimləri, vaxtı və məkanı bəlli oldu

14.08.26 | 18:13

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10