«Araz-Naxçıvan» daxili transferdə növbəti addımını atıb. Klubdan verilən məlumata görə, son iki mövsümdə komandanın heyətində yer alan burkina-fasolu mərkəz müdafiəçisi İssuf Paro ilə yeni müqavilə imzalanıb. Təcrübəli oyunçu 2026/2027 mövsümündə də «qırmızı-ağlar»ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Naxçıvan təmsilçisi bura qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rövlan Muradov və Luka Dumançiçlə müqavilə bağlayıb.