Andrey Demçenko: “Həm qazana, həm də itirə bilərdik”

25.04.26 | 23:47
Ölkə futbolu

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” ilə heç-heçəni (1:1) şərh edib. Təcrübəli mütəxəssis oyunun gedişatını və komandadakı mövcud vəziyyəti qiymətləndirib.

Demçenko oyunun ümumi mənzərəsindən razı qalsa da, qaçırılan fürsətlərə diqqət çəkib:“Bu gün oyunumuz alınırdı. Rəqibin sürətli əks-hücumlara çıxacağını öncədən bilirdik. Lakin futbolda belə bir qızıl qayda var: sən vurmasan, sənə vuracaqlar. Biz də məhz bununla üzləşdik. Böyük futbol xırda detallardan ibarətdir. Matçın sonunda qələbə qolunu vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Son dəqiqələr elə gərgin keçdi ki, həm qalib gələ, həm də məğlub ola bilərdik”.

Gəlişindən sonra komandada nələri dəyişməyə çalışdığı barədə sualı cavablandıran baş məşqçi, əsas hədəfinin müasir futbol üslubu olduğunu vurğulayıb: “İlk növbədə topa daha çox nəzarət edən komanda qurmağa çalışırıq. Bəzən texniki göstəricilər zəif olanda istədiyini tam reallaşdıra bilmirsən. Müəyyən üstünlüklərimiz olsa da, texniki planda hələ də çatışmazlıqlarımız var”.

Turnir cədvəlindəki mövqedən danışan ukraynalı mütəxəssis ümidini itirmədiyini bildirib: “Cədvələ baxsaq, vəziyyətimizin o qədər də ürəkaçan olmadığını görərik. Amma hər oyun yeni bir şansdır. Komanda düzgün futbol oynayanda xallar özü gəlir, təəssüf ki, bizdə hələ bu stabillik alınmır”.

Yay transfer pəncərəsi və gələcək taleyi barədə isə Demçenko qısa danışıb: “Hazırda gücləndiriləcək mövqelər haqqında danışmaq tezdir. Müqaviləm mövsümün sonunda başa çatır. Rəhbərlik qarşıma avrokuboklara yollanmaq tapşırığını qoyub. Hazırda bütün diqqətimiz bu hədəf uğrunda mübarizəyə yönəlib”.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07