Almaniya mundialı tərk etdi, Paraqvay 1/8 finalda

30.06.26 | 07:12
Dünya futbolu

DÇ-2026-nın pley-off mərhələsinin ilk böyük sensasiyası baş verdi. Onsuz da son 12 il ərzində dünya çempionatlarının pley-off mərhələsinə çıxa bilməməsi ilə hamını təəccübləndirən Almaniya bu dəfə elə ilk mərhələdəcə büdrədi.

Almaniya millisi matçın böyük hissəsində tam üstünlüyə malik idi. Komanda həm topa, həm də meydanın əksər hissəsinə tam nəzarət edir, rəqib cərimə meydançası ətrafında fasiləsiz hücumlar qururdu. Lakin Paraqvay səbirli və diqqətli müdafiə olunaraq nadir əks-hücum imkanlarını gözləyirdi. İlk hissədə belə fürsətlərdən birini dəyərləndirən Ensiso hesabı açdı. Almaniyanın güclü təzyiqinə baxmayaraq, Paraqvay fasiləyə üstün vəziyyətdə yollandı.

İkinci hissədə isə almanlar Havertsin qolu ilə hesabı bərabərləşdirə bildilər. Oyunun gedişinə baxanda elə görünürdü ki, onlar rəqibi sonda mütləq məğlub edəcəklər. Almaniya hətta ikinci qolu da vurdu, lakin VAR qapıçıya qarşı qayda pozuntusu müəyyən etdiyi üçün qolu ləğv etdi.

Əlavə vaxtda da oyunun mənzərəsi ciddi dəyişmədi. Paraqvay sadəcə müdafiə olunur, bəzən böyük çətinliklə topu təhlükəli zonadan uzaqlaşdırırdı. Almaniya isə hücum etsə də, real qol epizodları yarada bilmirdi.

Beləliklə, qalibi penaltilər seriyası müəyyənləşdirdi. Hər iki komandanın oyunçuları bir dəfə səhvə yol versələr də, Paraqvay millisinin qapıçısı iki zərbəni dəf etdi, Almaniya qapıçısı isə yalnız bir seyv edə bildi. Məhz bu amil həlledici oldu – növbəti mərhələyə Cənubi Amerika təmsilçisi yüksəldi və 1/8 finalda Fransa milli futbol komandası ilə İsveç milli futbol komandası cütünün qalibi ilə qarşılaşacaq.

Dünya Kuboku, 1/16 final

Almaniya – Paraqvay 1:1, penaltilərlə 3:4
Foksboro. “Cillet Stedium”. 63945 tamaşaçı.

Hakim: Calal Cayed (Mərakeş)
Almaniya: Noyer, Kimmix, Rüdiger (Tşau, 110), Ta, Braun, Pavloviç (Anton, 79), Nmeça (Qoretska, 46), Sane (Voltemade, 88), Undav (Musiala, 63), Virts (Amiri, 110), Haverts.
Paraqvay: Hil, Kaseres (Oheda, 99), Qustavo Qomes, Kanale, Xunior Alonso (Balbuena, 120+2), Kubas, Almiron (Velaskes, 91), Bobadilya (Sanabria, 99), Qalarsa, Ensiso (Maurisio, 57), Avalos (Kabalyero, 55).

Sarı vərəqələr: Kubas, 65. Haverts, 106. Musiala, 115. Qalarsa, 118.

Penaltilər: Haverts – 0:0 (qapıçı)
Maurisio – 0:1
Kimmix – 1:1
Qustavo Qomes – 1:2
Musiala – 2:2
Qalarsa – 2:3
Voltemade  – 2:3 (qapıçı)
Sanabria – 2:3 (yan)
Amiri – 3:3
Balbuena – 3:3 (qapıçı)
Ta – 3:3 (yan)
Kanale – 3:4

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24