“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində dördüncü – sonuncu yoxlama oyununu keçirib. Yura Vernidubun rəhbərlik etdiyi baklılar Xorvatiyanın “Osiyeil” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.
Xatırladaq ki, “aflar” Sloveniya toplanışı müddətində keçirdiyi digər üç matçda Rumıniya “ÇFR Kluj”una (1:2) və Serbiyanın “Partizan” klubuna (0:1) məğlub olmuş, yalnız Serbiya təmsilçisi “Radniçki Niş” üzərində böyükhesablı qələbə (3:0) qazanmışdı.