Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20
Dünya futbolu

Dünya çempionatında ədaləti qorumalı olan somalili hakim Ömər Artanın başına gələnlər ölkəsində və qitə futbolunda böyük rezonans doğurub. Somalinin Gənclər və İdman Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, idman ictimaiyyətini sarsıdan hadisənin təfərrüatlarına aydınlıq gətirib.

Ömər Əbdülqadir Artan FİFA-nın ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı üçün seçdiyi 52 elit referi arasında yer alırdı. Ali futbol qurumu onun xidmətlərini yüksək qiymətləndirirdi; təsadüfi deyil ki, somalili ədalət təmsilçisi ötən il Afrikanın ən yaxşı hakimi adına layiq görülmüşdü.

Lakin bu uğurlara baxmayaraq, o, karyerasının ən vacib turnirindən — mundialdan kənarda qalacaq. Diplomatik pasporta sahib olmasına rəğmən, ABŞ hakimiyyəti referinin ölkəyə girişinə qadağa qoyub.

Məsələyə münasibət bildirən FİFA isə neytral mövqe nümayiş etdirərək vəziyyətdən uzaqlaşmağa üstünlük verib. Qurumun bəyanatında qeyd olunub ki, viza və ölkəyə girişlə bağlı bu cür qərarlar birbaşa ev sahibi dövlətin suveren səlahiyyətlərinə daxildir və federasiya buna müdaxilə edə bilməz.

Somalinin Gənclər və İdman Nazirliyinin baş müşaviri, milli komandanın sabiq kapitanı İsse Aden Abşir bildirib ki, referi FİFA-nın hakimlər üçün təşkil etdiyi seminarda iştirak etmək məqsədilə şənbə günü İstanbuldan Mayamiyə yollanıb. Lakin ABŞ-a çatdıqdan dərhal sonra sərhəddən geri qaytarılıb və bazar günü yenidən Türkiyəyə dönmək məcburiyyətində qalıb.

Allbanaadir nəşrinin yaydığı məlumata görə, nazirlik rəsmisi tətbiq olunan bu qadağanı kəskin pisləyib: “Ömər Artan Afrikanın ən hörmətli hakimlərindən biridir və bütün qlobal futbol ictimaiyyətinin dəstəyinə layiqdir. Onun ABŞ-a buraxılmaması və mundial matçlarını idarə etmək hüququndan məhrum edilməsi təkcə referinin karyerasına vurulan fərdi zərbə deyil. Bu qərar, eyni zamanda futbolun təməl prinsipləri olan dürüstlük, qaydalara hörmət və ədalətli oyun ruhuna kölgə salır”.

Paylaş:

Xəbər Lenti

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39