ABŞ Futbol Federasiyası Maurisio Poçettino ilə bağlı qərarını rəsmiləşdirib. Argentinalı mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan yeni müqavilə imzalanıb.
ABŞ millisini ev sahibliyi etdikləri dünya çempionatında 1/8 finala daçıyan Poçettino yeni səlahiyyətləri çərçivəsində yalnız əsas yığmaya deyil, həm də ölkə futbolunun uzunmüddətli inkişaf strategiyasına rəhbərlik edəcək.
ABŞ Futbol Federasiyasının prezidenti Cey Ti Betson qərarı belə şərh edib: “Maurisio və onun məşqçilər korpusu ABŞ-da futbolun gələcəyinə ürəkdən inanır. Bu yeni layihə milli komandanın uğurlarını daha da inkişaf etdirməyə imkan verəcək. Məqsədlərimiz böyükdür – dünya çempionatlarında uğurlu çıxış etməklə yanaşı, futbolu ölkənin hər bölgəsində ən populyar idman növünə çevirmək istəyirik. Poçettino ilə bu yolda birlikdə addımlamaqdan məmnunuq”.
Xatırladaq ki, ABŞ millisi başa çatan dünya çempionatının 1/8 finalında Belçikaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Komandanın çıxışı Bosniya və Herseqovina ilə görüşdə qırmızı vərəqə alan, daha sonra isə cəzasının ləğv edilməsi nəticəsində Belçika ilə oyunda meydana çıxan hücumçu Folarin Baloqun ətrafında yaranan mübahisələrlə də yadda qalıb.
Poçettinonun rəhbərliyi altında ABŞ millisi 2030-cu ilədək 2027 və 2029-cu illərdə keçiriləcək CONCACAF Millətlər Liqası və CONCACAF Qızıl Kubokunda (Gold Cup) çıxış edəcək.