“Qarabağ” klubunun sabiq vingeri Abdella Zubirin Səudiyyə Ərəbistanının “Əl-Ouruba” klubuna keçidi baş tutmayıb.
“L’Équipe” nəşrinin məlumatına görə, ölkənin peşəkar liqası 34 yaşlı fransalı futbolçunun müqaviləsini təsdiqləməyib. Buna səbəb Səudiyyə təmsilçisinin maliyyə problemləri ilə üzləşməsidir. Yaranmış vəziyyətdən sonra Zubir yenidən sərbəst agent statusu qazanıb.
Xatırladaq ki, daha əvvəl təcrübəli yarımmüdafiəçinin Qətərin “Əl-Şaxaniya” klubuna keçəcəyi bildirilirdi.
Qeyd edək ki, Abdella Zubir 2018-ci ildən bu yayadək “Qarabağ”ın şərəfini qoruyub.