Belçika prokurorluğu vaxtilə A Seriyasının ulduzlarından sayılan, hazırda Belçikanın ikinci divizionunda çıxış edən “Patro Eyisden Maasmehelen” klubunun futbolçusu Radja Nainggolanın iki il müddətinə azadlıqdan məhrum edilməsini və 105 min avro cərimələnməsini tələb edib.
Brüssel prokurorluğu futbolçunu beynəlxalq kokain qaçaqmalçılığı ilə bağlı araşdırma çərçivəsində çirkli pulların yuyulmasında ittiham edir. Bununla belə, Nainggolanın narkotik ticarətində birbaşa iştirak etdiyi və ya cinayətkar təşkilata üzv olduğu iddia olunmur.
İstintaq 2023-cü ilin martında Cənubi Amerikadan Antverpen limanı vasitəsilə böyük həcmdə kokain gətirməkdə şübhəli bilinən şəxslərlə bağlı araşdırmaya başlayıb. 2025-ci ilin yanvarında keçirilən əməliyyat zamanı saxlanılanlar arasında Nainggolan da olub. Futbolçu bir gecə həbsdə qalıb.
İstintaqçılar onun bir neçə ay ərzində cinayət aləmində tanınan şəxsin qardaşı Nəsrəddin Sekkakidən 100 min avrodan çox pul alması ilə maraqlanıblar. Nainggolan isə həmin məbləği borc götürdüyünü, İtaliyadakı bank hesablarının boşanma prosesi ilə əlaqədar bloklandığını və adi həyat tərzini qorumaq üçün pula ehtiyac duyduğunu bildirib. O, Sekkakinin keçmişi və nüfuzu barədə məlumatlı olmadığını da iddia edib.
un futbolçusu olan Nainggolanın vəkili bəraət qərarı üçün mübarizə aparacaqlarını açıqlayıb. Müdafiə tərəfi arqumentlərini noyabrın 13-də təqdim edəcək.