Tsxadadze vədlərini verdi: “İnanıram ki, hər şey qaydasına düşəcək”

21.03.26 | 20:27
Ölkə futbolu

Premyer Liqanın 25-ci turunda “Turan-Tovuz”a 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra mətbuat mənsublarının suallarını cavablandırıb. Gürcü mütəxəssis komandasının buraxdığı səhvlərdən və sıx oyun qrafikinin yaratdığı fəsadlardan danışıb.

Tsxadadze ilk növbədə Azərbaycan xalqını Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, daha sonra isə oyunun texniki tərəflərinə toxunub: “Hazırda ən böyük problemimiz çox sadə və mənasız qollar buraxmağımızdır. Xüsusilə standart vəziyyətlərdə diqqətsizlik edirik. Son saniyəyədək konsentrasiyanı qorumaq şərtdir. Məsələn, “Neftçi” ilə oyunda dörd nəfərimiz bir rəqib oyunçuya qarşı olsaq da, qol buraxdıq. Bu, çox üzücüdür. Azarkeşləri başa düşürəm, nəticəyə görə məsuliyyət baş məşqçinin üzərindədir. Amma komandada ciddi problem görmürəm; nə fiziki, nə də texniki cəhətdən rəqiblərdən geri qalmırıq. Sadəcə, gərəksiz səhvlər edirik və bunun üzərində ciddi işləməliyik”.

Məşqçi komandanın düşdüyü çətin vəziyyətdən çıxış yolları barədə danışarkən, təqvim sıxlığının futbolçulara təsir etdiyini vurğulayıb: “Məğlubiyyətlər futbolçuların üzərində əlavə yük yaradır. Hər dörd gündən bir meydana çıxırıq. Son ay yarımda 11 oyun keçirmişik. Təbii ki, uduzanda təzyiq daha da artır. “ Sabah”la oyunu (1:7) çıxsaq, komanda ümumilikdə pis təsir bağışlamır. Qış fasiləsindən sonra yaxşı başlamışdıq, qələbələrimiz var idi. Qarşıdakı üç oyuna ciddi hazırlaşıb nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hər şey qaydasına düşəcək”.Tsxadadze sonda komandanın yenidən özünə gələcəyini və yaxın gələcəkdə uğurlu nəticələrin qayıdacağını bildirib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46