Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Amerika Kuboku və Avropa Çempionatı qalibləri arasında keçirilməsi planlaşdırılan “Finalissima” matçının baş tutmaması ilə bağlı qərarını açıqlayıb. Argentina və İspaniya yığmaları arasındakı qarşılaşmanın ləğv edilməsi ilə azarkeşlər Lionel Messi və Lamin Yamalın duelini izləmək fürsətini itiriblər.
KONMEBOL prezidenti Alexandro Dominqes məsələyə qısa və sərt reaksiya verib: “Bilirsiniz kim qalib gəldi? Argentina millisi. Çünki İspaniya rəsmi olaraq oyuna çıxmadı”, — deyə paraqvaylı rəsmi bildirib. Xatırladaq ki, artıq bu yay hər iki milli komanda ilin ən böyük turniri olan dünya çempionatında mübarizə aparacaq.