Portuqaliyalı mütəxəssisdən iddialı sözlər: “13 il əvvəlki o oyunu hələ də unutmamışam”

16.03.26 | 17:07
Ölkə futbolu

Ölkəmizin U-20 millisinin sükanı arxasına keçən Ruy Jorje paytaxtda jurnalistlərin suallarını cavablandırıb. Təyinatından məmnunluğunu ifadə edən portuqaliyalı baş məşqçi, qarşıdakı 1 il 7 ay ərzində səmərəli iş ortaya qoyacaqlarına ümid etdiyini bildirib.

Millinin uğur qazanıb-qazanmayacağı ilə bağlı sualı cavablandıran Jorje, əsas yükün futbolçuların üzərinə düşdüyünü vurğulayıb: “Uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Nə mən, nə də başqa bir məşqçi hansısa komandaya əvvəlcədən uğur zəmanəti verə bilməz. Hər şey futbolçulardan və onların istəyindən asılıdır. Onlar yüksək səviyyədə çıxış etmək üçün öz üzərlərində durmadan işləməlidirlər. Əgər biz bunu təmin edə bilsək, uğur da gələcək”.

Yeni baş məşqçi vəzifəyə gəlməzdən əvvəl ölkəmizdə çalışmış tanınmış mütəxəssis Fernandu Santuşla əlaqə saxladığını gizlətməyib: “Müqavilə imzalamazdan əvvəl Santuş və onun köməkçiləri ilə danışdım. Ölkə və insanlar haqqında kifayət qədər məlumat topladım. Buranın qonaqpərvərliyi və insanların münasibəti barədə yalnız müsbət fikirlər eşitmişdim. İlk gündən gördüm ki, Santuş tamamilə haqlı imiş. Futbol məsələsinə gəlincə, o, əsas millidə çalışırdı, mən isə gənclərdən ibarət komandaya rəhbərlik edəcəyəm. İşimiz və tələblərimiz fərqli olduğu üçün yalnız ölkə barədə söhbət etdik”.

Jorje 2013-cü ildə Azərbaycanın gənclər yığmasına qarşı keçirdikləri oyunları (2:0, 3:0) hələ də xatırladığını bildirib: “13 il əvvəlki o qarşılaşmalar dərhal yadıma düşdü. Hətta vurduğumuz ikinci qolu belə xatırlayıram. Həmin matç Bernardo Silvanın Azərbaycan torpağında gerçəkləşən debütü idi. Danışıqlar masasına oturmazdan əvvəl U-19-un oyunlarını da izlədim. İnkişaf ideyalarımı formalaşdırmaq üçün Malta və Polşa ilə matçlara baxmışam”.

Komandanın gələcək oyun üslubu barədə danışan mütəxəssis, hələlik konkret sistem üzərində dayanmadıqlarını qeyd edib: “Çexiya, Şimali İrlandiya və Sloveniya ilə oyunları da analiz etmişəm. Hazırda hansı sistemlə oynayacağımızı deyə bilmərəm, çünki bu barədə hələ qərar verməmişik. İlk növbədə futbolçuların fərdi səviyyəsini qaldırmalıyıq, ondan sonra növbəti tapşırıqlara keçəcəyik”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09