“Barselona”da Laporta və Xavi müharibəsi

09.03.26 | 17:16
Dünya futbolu

Barselona”nın prezidenti Joan Laporta və komandanın keçmiş sükançısı Xavi Ernandes arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub. Tərəflərin mətbuat vasitəsilə bir-birinə ünvanladığı açıqlamalar, ayrılığın pərdəarxası məqamlarını və uğursuz qalan transfer cəhdlərini gün işığına çıxarıb.

Xavi Ernandes istefası ilə bağlı danışarkən Joan Laportanı səmimiyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, prezident şəxsi şam yeməyində onu klubda qalmağa razı salıb: “Laporta mənə belə demişdi: “Xavi, sənsiz nə bu komandanı, nə yeni “Kamp Nou”nun açılışını, nə də klubun 125 illiyini təsəvvür edə bilmirəm”. Bu vədlər məni ruhlandırdı və qalmağa qərar verdim. Lakin sonradan anladım ki, o, mənə həqiqəti deməyib”.

Buna cavab olaraq Joan Laporta “BarcaTimes”a açıqlamasında fərqli bir mənzərə yaradıb. Prezidentin sözlərinə görə, ayrılığa səbəb Xavinin ruh düşkünlüyü və heyətlə bağlı qərarları olub. Laporta iddia edir ki, Xavi məşqçiliklə ailə həyatını tam uzlaşdıra bilmirdi və artıq “tükənmişdi”. Xavinin “Barselona”nın yaxın iki ildə “Real” və Avropa nəhəngləri ilə rəqabət aparmaq gücündə deyil” deməsi rəhbərliyin səbrini daşırıb. Prezident bildirib ki, Xavi əvvəlcə dediyi sözlərin “səhv anlaşıldığını” bildirsə də, bir neçə gün sonra heyətdə kəskin dəyişikliklər tələb edib və bu, son nöqtə olub.

Digər bir qalmaqallı məqam isə Lionel Messinin 2023-cü ildə klubun qapısından dönməsi ilə bağlıdır. Xavi bu prosesdə Laportanın son anda transferdən imtina etdiyini bildirsə də, prezident hadisələrin tam fərqli cərəyan etdiyini deyir:

 “2023-cü ilin martında Xavi yanıma gəlib Messinin qayıtmaq istədiyini dedi və məndən müqavilə hazırlamağımı xahiş etdi. Lakin may ayında atası Xorxe Messi mənə bildirdi ki, oğlu “İnter Mayami”ni seçib. Mən bu qərara hörmətlə yanaşdım”.

Xavi Ernandesin 2024-cü ilin mayında rəsmən yola salınmasından sonra “Barselona”da yeni dövr başlayıb. Hazırda komandaya almaniyalı mütəxəssis Hans-Diter Flik rəhbərlik edir. Laporta və Xavi arasındakı bu açıq qarşıdurma isə klubun daxilindəki idarəetmə böhranının hələ də tam soyumadığını göstərir.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21