Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatmaq üzrədir. Yarışın sonuncu günündə ağır çəki dərəcəsində mübarizə aparan iki cüdoçumuz tatami üzərinə çıxıb.
Ağır çəkili cüdoçumuz Camal Qamzatxanov turnirə uğurlu start verib. O, ardıcıl olaraq Uesli Qrinici (Böyük Britaniya) və Munir Ərtuğu (Türkiyə) məğlub edərək növbəti mərhələyə yüksəlsə də, dörddəbir finalda yaponiyalı Qaye Hatakeyamaya uduzaraq əsas toru tərk edib.
Buna baxmayaraq, təsəlliverici görüşdə Ukrayna təmsilçisi Yevgeni Balievskini üstələyən Qamzatxanov bürünc medal qazanmaq şansını qoruyub. O, fəxri kürsünün üçüncü pilləsi uğrunda gürcüstanlı İrakli Demetraşvili ilə qarşılaşacaq.
Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri də uğurlu start götürüb. O, ilk görüşündə polşalı Yakub Sordili məğlub etsə də, növbəti mərhələdə məhz Qamzatxanovun rəqibi Hatakeyama ilə qarşılaşmada məğlubiyyətlə barışıb.
Hazırda yığmamızın hesabında bir qızıl (Ruslan Paşayev), bir gümüş (Vüsal Qələndərzadə) və bir bürünc (Ömər Rəcəbli) medal var.