Qurban Qurbanovdan mühüm bəyanatlar: “Məsuliyyət həmişə məşqçinin üzərindədir”

02.03.26 | 15:19
Ölkə futbolu

Ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumu çərçivəsində keçirilən “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı panel iclasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov geniş məruzə ilə çıxış edib. Təcrübəli mütəxəssis məşqçilik fəlsəfəsi, infrastruktur problemləri və “Qarabağ” adının məsuliyyəti barədə mühüm fikirlərini bölüşüb.

Məşqçilik fəlsəfəsi və liderlik faktoru

Qurban Qurbanov bildirib ki, peşəsinə sevgi və hörmətlə yanaşmayan kəs heç vaxt uğurlu məşqçi ola bilməz. Onun sözlərinə görə, müasir futbolda məşqçi həm lider, həm də menecer bacarıqlarına sahib olmalıdır: “Məşqçi hər zaman lider olmalıdır, xüsusilə futbolda bu xüsusiyyət həlledicidir. Çünki bütün məsuliyyət bizim üzərimizdədir və son qərarı baş məşqçi verir. Futbolda belə bir yazılmamış qanun var: komanda qalib gəlirsə, bu, futbolçuların uğurudur, uduzursa, bu, baş məşqçinin məğlubiyyətidir. Mən bu yanaşmanı həmişə qəbul etmişəm”.

Mütəxəssis qeyd edib ki, məşqçi daim inkişafda olmalı, hətta 60 yaşından sonra da öyrənməyə davam etməlidir. O, idmançılara maksimum dəstək göstərməyin və prosesi fiziki olaraq nəzarətdə saxlamağın vacibliyini vurğulayıb.

İnfrastruktur və Avropa futbolundan geri qalma səbəbləri

Çıxışı zamanı yerli futboldakı çatışmazlıqlara da toxunan Q.Qurbanov, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını nümunə gətirərək infrastrukturun önəmini qeyd edib: “Meydançanın vəziyyəti futbolçunun texniki göstəricilərinə birbaşa təsir edir. Müvafiq şəraitin yoxluğu futbolçuları ruhdan salır və onların peşəkar artımına mane olur. Bu sahədəki boşluqlar bizim Avropa standartlarından geri qalmağımızın əsas səbəblərindən biridir”.

“Qarabağ” adı və milli mentalitetin rolu

Baş məşqçi rəhbərlik etdiyi komandanın onun şəxsi inkişafında böyük rol oynadığını etiraf edib. O, “Qarabağ” adının daşıdığı məsuliyyətin həm yerli, həm də legioner futbolçulara aşılanmasını özünün ilk vəzifəsi hesab edir: “Bu ad sanki məni daha da böyütdü və məsuliyyətimi artırdı. Legioner futbolçulara hər zaman hansı ad altında çıxış etdiklərini, bu klubun mahiyyətini izah edirəm. Eyni zamanda, mentalitetini bilmədiyim ölkədə uğur qazanmağım qeyri-mümkündür. İdmançıda xarakter və döyüşkənlik ruhu mütləqdir. Biz meydanı döyüşmədən tərk edə bilmərik”.Sonda Qurban Qurbanov Azərbaycanda istedadlı gənclərin çoxluq təşkil etdiyini bildirərək, ölkəmizdə təkcə idman sahəsində deyil, bütün sferalarda ən yaxşı mütəxəssislərin yetişməsini arzulayıb.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53