Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinatını alıb. Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Finlandiyanın “KuPS” və Polşanın “Lex” komandaları arasındakı ilk görüşün baş hakimi təyin edilib. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim funksiyasını yerinə yetirəcək Elçin Məsiyev kömək edəcəklər. Qarşılaşma sabah Finlandiyanın Tampere şəhərində baş tutacaq.