Andrey Demçenkonun qələbə sevinci və Saşa İliçin penalti gileyi

15.02.26 | 20:14
Ölkə futbolu

Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” – “Sumqayıt” (1:0) matçından sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında oyunun nəticəsini dəyərləndirib.

Andrey Demçenko: “Futbolçularım qələbə üçün vuruşdular”

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko qazanılan 3 xalın əhəmiyyətini vurğulayaraq, komandasının əzmkarlığından razı qaldığını bildirib: “Yaxşı oyun nümayiş etdirərək istədiyimiz 3 xalı qazandıq. Futbolçularım meydanda sona qədər vuruşdular və qələbə üçün hər şeyi etdilər. Komandada gördüyümüz istək və motivasiya bizi sevindirir. Hazırda sistemimiz üzərində işləyirik, öyrənilməli olan bəzi nüanslar var, lakin oyunçuların özlərinə inamı tam bərpa olunub”.

Saşa İliç: “Məğlubiyyətə layiq deyildik”

“Sumqayıt”ın sükanı arxasındakı Saşa İliç isə nəticənin oyunun gedişatına uyğun olmadığını qeyd edib. O, komandasının uduzmalı olmadığını müdafiə edib: “Bu gün uduzmalı deyildik. Penalti qolu ilə məğlub olduq, halbuki meydanda bərabərsəviyyəli mübarizə gedirdi. “Zirə” ilə oyunların bu nəticəyə təsir etdiyini düşünmürəm”.

Serbiyalı mütəxəssis yeni transfer Sedrik Badolo haqqında da danışıb: “Badolo cəmi bir məşqə çıxıb. Heyətin gücləndirilməsinə ehtiyac olsa da, artıq transfer pəncərəsi bağlanıb və mövcud heyətlə davam edəcəyik”.İliç son vaxtlar daha az gülümsəməsi ilə bağlı suala konkret cavab verib: “Mən hər zaman pozitivəm. Lakin uduzan komandanın baş məşqçisinin sevinməsi doğru olmazdı. Əsas odur ki, futbolçular keyfiyyətli oyun göstərsinlər”.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53