“Barselona”nın və İspaniya millisinin 18 yaşlı ulduzu Lamin Yamal xoşagəlməz hadisənin mərkəzinə düşüb. Lakin bu dəfə söhbət futbolçunun cinayət törətməsindən yox, onun evində baş verdiyi iddia edilən hadisədən gedir.
Yamalın evində nə baş verib?
ABC nəşrinin məlumatına görə, Niderland vətəndaşı olan bir qadın ağır ittihamla çıxış edib. O iddia edir ki, Yamalın evində qonaq olarkən ona xəbərsiz şəkildə hansısa preparatlar (ehtimal ki, narkotik tərkibli) verilib. Qadın yuxudan oyanarkən özünü çılpaq vəziyyətdə tapdığını və razılığı olmadan ona toxunulduğunu bildirib.
İddiaya görə, bu hərəkəti Yamal yox, “Barselona”nın keçmiş oyunçusu Ansu Fatinin qardaşı törədib. Futbolçuya qarşı hər hansı ittiham irəli sürülməyib, lakin iş rəsmi xarakter alsa, o, şahid qismində ifadə verməli olacaq. Hələlik zərərçəkmiş tərəf rəsmi şikayət ərizəsi ilə polisə müraciət etməyib.
“Mətbəx mənim üçün deyil” — 200 milyonluq ulduzun səmimi etirafı
Meydanda rəqib müdafiəçilərini asanlıqla keçən Yamal, mətbəxdə eyni uğuru qazana bilməyib. Mundo Deportivo-ya danışan gənc forvard kulinariya kurslarını atdığını bildirib: “Mən kulinariya dərslərini buraxdım. Bu sahə qətiyyən mənə görə deyil. Çox bərbad idim, hətta deyərdim ki, dəhşətli. Bişirə biləcəyim maksimum şey kartof naqqetləridir”.