Futzal üzrə millimiz 2026-cı ildə ilk yoldaşlıq görüşünə çıxıb. Bakı İdman Sarayında Danimarka yığmasını qəbul edən komandamız gözlənilməz hesabla məğlub olub – 1:4. Yığmamızın yeganə qoluna 27-ci dəqiqədə Nihad İsmayılov imza atıb.Qeyd edək ki, bu iki komanda arasında növbəti qarşılaşma 24 yanvar saat 16:00-da yenieder Bakı İdman Sarayında baş tutacaq.