Şafranko və Mikkels nə vaxt qayıdır?

15.01.26 | 13:18
Ölkə futbolu

Premyer Liqanın lideri “Sabah”ın zədəli futbolçuları ilə bağlı son durum açıqlanıb. Paytaxt təmsilçisinin hücum xəttindəki iki vacib itkisi – Pavol Şafranko və Coy-Lens Mikkelsin geri dönüş vaxtı dəqiqləşib.

Ötən ilin noyabrında cərrahi masaya yatan Pavol Şafrankonun bərpa prosesi plan üzrə gedir. “İkinci mərtəbə”dəki üstünlüyü və cərimə meydançasındakı effektivliyi ilə seçilən 30 yaşlı slovakiyalı forvardın mart ayında ümumi qrupa qoşulması gözlənilir. Onun uzunmüddətli yoxluğu hücum rotasiyasını məhdudlaşdırsa da, məhz çempionatın həlledici mərhələsində sıraya dönməsi komanda üçün əlavə güc olacaq.

Almaniyalı vinger Coy-Lens Mikkelsin vəziyyəti isə daha ümidvericidir. Hazırda fərdi proqramla məşq edən futbolçunun gələn həftədən komanda ilə hazırlıqlara başlayacağı bildirilir. Cinah hücumlarında rəqib müdafiəsini yarmaq bacarığı ilə seçilən Mikkelsin tezliklə, oyun praktikası qazanmaq məqsədilə qarşıdakı turlarda meydana çıxması gözlənilir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46