“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Serbiyanın OFK klubuna qarşı keçirilən yoxlama oyunundakı (1:4) məğlubiyyəti şərh edərkən nəticəni ikinci plana atıb. Baş məşqçi bildirib ki, hazırkı mərhələdə əsas məqsəd taktiki sınaqlar və heyəti tam görməkdir: “Hələ də çatışmazlıqlarımız var. Buraxılan qollar yenə fərdi səhvlərin nəticəsidir. Bu problemləri aradan qaldırmaq üçün çalışırıq. Mövsümün ikinci yarısına qədər tam hazır olmağı hədəfləyirik”. İliç həm təcrübəli, həm də gənc oyunçuların performansını qiymətləndirmək üçün bu oyunların böyük fürsət olduğunu vurğulayıb.