Nəzərlinin hədəfi Avropadır

12.01.26 | 21:59
Ölkə futbolu

Azərbaycanın gənclər yığmasının (U-21) üzvü Həsən Nəzərli karyerası ilə bağlı mühüm açıqlama verib. Hazırda Türkiyənin “Ankaragücü” klubunda çıxış edən futbolçu yay transfer pəncərəsində komandadan ayrılacağını bəyan edib.

Klubdakı gələcəyinə toxunan gənc oyunçu ayrılıq səbəbini belə izah edib: “Klubdakı durumum yaxşı olsa da, böyük ehtimalla bu yay komandanı tərk edəcəyəm. Buna əsas səbəb Türkiyədəki legioner limiti ilə bağlı yaranan çətinliklərdir. Artıq bəzi təkliflər almışam və transfer dövründə onları dəyərləndirəcəyəm. Niyyətim karyeramı Türkiyədən kənarda, Avropada davam etdirməkdir“.

U-21 yığmasının təlim-məşq toplanışında iştirak edən Nəzərli komandanın hazırlıq prosesinə də toxunub: “Dünən ilk məşqimizə çıxdıq, bu gün isə hazırlıqları davam etdirdik. Əsas hədəfimiz qarşıdakı oyunlarda maksimum nəticə göstərmək və qələbə qazanmaqdır. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik”.Xatırladım ki, U-21 yığması yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46