“Sumqayıt”dan böyükhesablı məğlubiyyət

09.01.26 | 21:05
Ölkə futbolu

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoldaşlıq görüşünü keçirib. “Kimyaçılar” Macarıstan çempionatının cari mövsümündə sürpriz çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Pakş”la qarşılaşıb. Bu qarşılaşma Saşa İlçin komandası üçün oyunçuların fiziki formasını bərpa etmək və təlim-məşq prosesində üzərində işlənilən yeni taktiki sxemləri real oyun şəraitində yoxlamaq üçün əla fürsət idi. Təssüf ki, sumqayıtlılar meydanı böyük hesablı məğlubiyyətlə tərk ediblər – 1:5 (1:2).”Kimyaçılar”ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.

Serbiyalı mütəxəssis komandasının böyük hesablı məğlubiyyətini belə şərh edib:”Bu cür matçlarda nəticə önəmli deyil və yoldaşlıq oyunlarındakı hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlər ucbatından buraxdıq, bunun üzərində işləyəcəyik. Cəmi 4-5 gündür ki, məşqlərə başlamışıq. Gənclərin təcrübəyə ehtiyacı var və biz onlara bu imkanı yaradırıq. Bəzi legionerlər komandaya gec qoşulub, ona görə də optimal formadan danışmaq hələ tezdir.”

“Sumqayıt” Antalyadakı ikinci yoldaşlıq oyununu yanvarın 12-də keçirəcək. Həmin gün Gənclik şəhərinin təmsilçisi Serbiyanın köklü klublarından olan OFK (Belqrad) ilə qarşılaşacaqlar.

Paylaş:

Xəbər Lenti

İspaniya Kabo-Verdenin müqaviməti ilə üz-üzə – YENİLƏNİR

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24