ÇL-də həlledici oyunlar: “Qalatasaray” Monako səfərində

09.12.25 | 01:35
Dünya futbolu

Bu gün Çempionlar Liqasının əsas mərhələsində 6-cı tura start veriləcək və ilk oyun günündə 9 görüş keçiriləcək. Qrup turniri finiş xəttinə yaxılaşdıqca qazanılan və itirilən xalların da dəyəri artır. Beləki, getdikcə vəziyyəti düzəltmək üçün şans azalır. “Monako” – “Qalatasaray” qarşılaşması mərhələ adlamaq istəyində olan hər iki komanda üçün böyük önəm daşıyır. Hazırda hesabında 6 xalı olan “Knyazlıq klubu” pley-offa vəsiqə qazanmaq üçün şübhəsiz, meydana 3 xal qazanmaq məqsədi ilə çıxacaq. Belə ki, monakoluları qarşıda “Real” və “Yuventus”la çətin oyunlar gözləyir. Bu səbəbdən matç “sarı-qırmızılı”lar üçün asan olmayacaq. Son turda evdə “Union Qallios”a minimal hesablı məğlubiyyət “aslanlar”ın işini çətinə saldı. İndi onlar Monako səfərindən əliboş dönməməlidir, əks halda “Qalatasaray”ın pley-off arzusu xəyal olaraq qala bilər. “Qalatasaray”ı qarşıda “Atletiko” ilə ev, “Mançester Siti” ilə səfər oyunu gözləyir. Aralarındakı oyunlara gəlincə, üstünlük “Monako”nun tərəfindədir. Bu rəqiblər sonuncu dəfə 2000-ci ildə üz-üzə gəlib və indiyədək öz aralarında keçirdikləri 6 matçın 3-də “Monako”, 1-də isə “Qalatasaray” qələbə qazanıb. Üstəlik, monakolular türk klublarına qarşı keçirdikləri son 5 oyunun 4-də qələbə qazanıb və yalnız 1-də uduzub. Monakolular qazandığı görüşlərdə türklərin qapısına ən azı 3 qol vurublar. “Qalatasaray” isə fransızlara qarşı 11 səfər oyununda yalnız ikisində qələbə qazanıb və yeddisində uduzub.

Günün digər mərkəzi qarşılaşması “İnter” – “Liverpul” matçıdır. Bu görüş yalnız qitənin iki nüfuzlu klubunun qarşılaşması yox, həm də son turda “Qarabağ”a rəqib olacaq “Liverpul”un oyunu baxımından maraq doğurur. Hazırda ingilis klubunun durumu yaxşı deyil və Arne Slotun komandası bütün turnirlərdə keçirdiyi son 15 oyunun yalnız 4-də qələbə qazanıb və 9-da meydanı məğlub tərk edib. Bəs “neradzurra” bundan yararlana biləcəkmi, bu sualın cavabına isə bu gün aydınliq gələcək.

“İnter” qitənin ən nüfuzlu klub turnirində qazandığı ardıcıl 4 qələbədən sonra, son turda səfərdə “Atletiko”ya uduzdu – 1:2. Milan klubunun qarşıya qoyduğu vəzifə ilk “səkkizliyə” düşməkdir.

Digər oyunlara gəlincə, evdə “Olimpiakos”la qarşılaşan “Kayrat” xal qazanmağa şanslıdır. “Qarabağ”ın növbəti rəqib “Ayntraxt” “Barselona”nın qonağı olacaq. 1/8 finala birbaşa vəsiqə qazanmağı qarşıya məqsəd qoyan kataloniyalılar hazırda CL-in turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Hans-Diter Flikin komandası məqsədlərini çatmaq üçün “Ayntraxt”la matçda məhz qələbə qazanmağa çalışacaq. Son 4 oyunda bir xal qazanan “qartallar” isə Avropa futbolunda sensasiya imza atmağa çalışacaq.

“Atalanta” – “Çelsi” görüşündə mərc mütəxəssisləri üstünlüyü London klubuna verməsinə baxmayaraq, fikrimizcə bu cütlərin qarşılaşmasında aşkar favorit yoxdur. Hər iki komandanın hesabında 10 xal var və “təqaüdçilər” yalnız top fərqinə görə italyanları turnir cədvəlində qabaqlayırlar.

19:30 Kayrat – Olimpiakos

21:45 Bavariya – Sportinq CBC Sport

00:00 Atalanta – Çelsi

00:00 Barselona – Ayntraxt

00:00 İnter – Liverpul İctimai TV

00:00 Monako – Qalatasaray CBC Sport, TRT 1

00:00 PSV – Atletiko

00:00 Tottenhem – Slaviya

00:00 Yunion – Marsel


Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46