Bu gün keçiriləcək “Sabah”la 14-cü turun oynuna “Neftçi”nin ukraynalı mütəxəssis Yuri Vernidubun rəhbərliyi altında çıxacağı bildirilir. Onun rəsmi təqdimatı daha sonra olacaq. Artıq növbəti turun “Sumqayıt”la oyununda komandaya yeni baş məşqçi kimi rəhbərlik edəcəyi gözlənilir. Vernidubun artıq köməkçilərini seçdiyidə söylənilir. Onlardan biri 2015-2018-ci illər aralığında “Qəbələ”də oynayan oğlu Vitali Vernidub, digər iki köməkçisi isə Sənan Qurbanovla Aqil Məmmədov olacaq.