Messi-Müller qarşıdurması yenidən gündəmdə

05.12.25 | 08:54
Dünya futbolu

Lionel Messi və Tomas Müller yenidən rəqib kimi, bu dəfə MLS kuboku finalında qarşılaşacaqlar. Daha dəqiq desək, dekabrın 6-da gecə saatlarında Lionel Messinin “İnter Mayami”si ilə Tomas Müllerin “Vankuver Uaytkeps”nin görüşündə bu iki əfsanəvi futbolçunun fərdi rəqabətində yeni bir səhifə yazılacaq.

Noyabrın 29-da “İnter Mayami” “Nyu York Citi”ni 5:1 hesablıyla məğlub edərək Şərq Konfransının qalibi kimi finala vəsiqə qazandı. Həmin axşam “Vankuver” Qərb konfransının finalında “San Dieqo”nu yenərək (3:1) Messinin Müllerlə daha bir qarşılaşması üçün zəmin yaratdı.

Messi ilə Müller klub və beynəlxalq yarışlarda 10 dəfə qarşılaşıblar. Üstünlük alman futbolçunun tərəfindədir. Müller Messi ilə duelin yeddisində qələbə qazanıb, argentinalı ulduz isə cəmi üç dəfə duelin qalibi olub. Klub səviyyəsində onların bütün görüşləri Çempionlar Liqasına təsadüf edir. Müller yalnız “Bavariya”da, Messi isə “Barselona” və PSJ-də oynayıb. Müller altı oyunun beşində qələbə qazanıb, o cümlədən Messinin karyerasının ən ağır məğlubiyyəti, almanların isə “Barsa” üzərində tarixi qələbəsi olub (8:2). Argentinalının klubdakı yeganə qələbəsi ÇL-2014/15 mövsümünün yarımfinalında (3:0) baş tutub, ardından “Barselona” finalda “Yuventus”u 3:1 hesabıyla məğlub edərək qitənin ən güclü klubu adını qazanıb. Yığma səviyyəsində isə hər ikisinin hesabında iki qələbə var. Ancaq bu qələbələrin dəyəri tam fərqlidir: Müller DÇ-2010-nun 1/4 finalı və DÇ-2014-ün finalında sevinib, Messinin uğurları isə yalnız yoldaşlıq oyunlarında olub.

Beləliklə, alman futbolçu Messi ilə son dörd duelin hamısından qalib ayrılıb. Amerika qitəsində isə yolları ilk dəfə kəsişəcək. Messinin “Vankuver”ə qarşı son nəticələri də uğurlu olmayıb. Komandası KONKAKAF Çempionlar Kubokunun yarımfinalında hər iki oyunda “Uaytkeps”ə uduzub. Beləliklə, şənbə günü “İnter Mayami”nin kapitanı karyerasının ən çətin rəqiblərindən birinə qarşı oyunda vəziyyəti dəyişməyə çalışacaq.

Turnir     Mərhələ         Nəticə                     

Yoldaşlıq oyunu     Almaniya – Argentina 0:1  

DÇ-2010   1/4 final Argentina – Almaniya 0:4  

Yoldaşlıq oyunu      Almaniya – Argentina 1:3  

ÇL-2012/13 1/2 final Bavariya – Barselona 4:0 

DÇ-2014  final  Almaniya – Argentina 1:0  

ÇL-2014/15 1/2 final Barselona – Bavariya 3:0 

ÇL-2014/15 1/2 final Bavariya – Barselona 3:2 

ÇL-2019/20 1/4 final Barselona – Bavariya 2:8 

ÇL-2022/23 1/8 final PSJ – Bavariya 0:1 

ÇL-2022/23 1/8 final Bavariya – PSJ       2:0

Yekun: Müller 7, Messi  3 qələbə

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03