ÇL: “Bavariya”, Liverpul uduzdu, Parisdə 8, Pireydə 7 qol

27.11.25 | 01:47
Dünya futbolu

“Qarabağ”ın rəqiblərindən zəif oyun

Çempionlar Liqasının iki debütantı bu dəfə fərqli nəticə qazandı. “Kayrat” “Kopenhagen”lə oyunun sonlarında özünə gəlib 2 qol vursa da, artıq gec idi. Danimarkalılar inamlı oyunla 3 qol vurmuşdular. Qazaxların yeniyetmə ulduzu bu dəfə də fərqlənərək “Çelsi” ilə müqaviləsinin əbəs olmadığını bir daha sübutn etdi. “Pafos” isə oyunun sonlarında 1 xalı qazandıran qolu vurdu. Bu oyunda hesabı açan “Pafos”un braziliyalı yarımmüdafiəçisi David Luis Çempionlar Liqası tarixində qol vuran ikinci ən yaşlı oyunçu oldu. PSJ və “Çelsi”nin keçmiş ulduzu 38 yaş 218 günlüyündə fərqlənib. İndi onu yalnız portuqaliyalı Pepe (40 yaş 290 gün) geridə qoyur. İlk beşlikdə adları çəkilənlərdən başqa Françesko Totti (38 yaş 59 gün), Rayan Giqqz (37 yaş 289 gün) və Serxio Ramos (37 yaş 257 gün) yer alıb.

Turun gec başlayan oyunlarında sensasiyalı və gözlənilməz nəticələr qeydə alındı. “Qarabağ”ın qarşıdakı rəqibləri “Ayntraxt” və “Liverpul” öz meydanlarında böyük hesabla uduzaraq qarşıdakı turlara ümidlərimizi artırdı. “Real” səfərdə “Olimpiakos” hokkey hesabı ilə məğlub etdi. Yunanların 3 qoluna Mbappe pokerlə cavab verdi. Bu gedişlə fransız hücumçu ÇL-in bütün qol rekordlarını qıracaq. Mbappenin keçmiş komandası isə Parisdə “Tottenhem”ə 5 qol vurdu, lakin 3-nü də buraxdı.

Çempionlar Liqası, Əsas mərhələ, 5-ci tur

Kopenhagen – Kayrat 3:2
Dadason, 26. C. Larsson, 59-p. Robert, 73 – Satpayev, 81. Baybek, 90.

Pafos – Monako 2:2
David Luis, 18. Salisu, 88-avtoqol – Minamino, 5. Baloqan, 26.

Ayntraxt – Atalanta 0:3

Lukman, 60. Enderson, 62. de Ketelare, 65.

Arsenal – Bavariya 3:1

Timber, 22. Maduke, 69. Martinelli, 76 – Karl, 32.  

Atletiko – İnter 2:1

Xulian Alvares, 9. Xose Mari Ximenes, 90+3 – Zelinski, 54.

Liverpul – PSV 1:4

Soboslai, 16 – İvan Perişiç, 6-p. Til, 56. Drioş, 73; 90+3.

Olimpiakos – Real 3:4

Şikinyo, 8. Taremi, 52. El-Kaabi, 81 – Mbappe, 22; 24; 29; 60.

PSJ – Tottenhem 5:3

Vitinya, 45; 53; 76. Fabian Ruis, 59. Paço, 65 – Rişarlison, 35. Muani, 50; 72.

Sportinq – Brügge 3:0

Kenda, 24. Luis Suares, 31. Trinkan, 70.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53