“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib. “Benfika” ilə qarşıaşan naxçıvanlılar meydanı böyük hesablı məğlubiyyətlə tərk edib. Portuqaliyalılar komandamızın qapısına 9 cavabsız vurub. Qonaqlar demək olar ki, cütün taleyini elə birinci oyunda həll ediblər. Bu rəqiblərin arasında dekabrın 5-də keçiriləcək cavab oyununun formal xarakter daşıyacağını desək, yanılmarıq.