Avropa zonasında DÇ-2026-nın seçmə mərhələ başa çatdı. H qrupunun Avstriya öz meydanında arzulanan heç-heçəni edərək Bosniya və Herseqovina ilə 3 xal fərqini saxladı və Dünya Çempionatına birbaşa vəsiqə qazandı. J qrupunda Uels – Şim. Makedoniya qarşılaşması da, tərəflər üçün böyük əhəmiyyət kəsb edirdi. İkinci pillədə olan britaniyalıların Şimali Makedoniya ilə xalları eyni idi. Uelslilər qrup ikincisi olmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin burada intrqia alınmadı. Uels rəqibini alçaldıcı hesabla darmadağın etdi. Gecənin ən dramatik oyunu isə Qlazqoda baş tutdu. İkinci sırada olan Şotlandiya öz meydanında mütləq qələbə qazanmalı idi. Əsas vaxt 2:2 başa çatmaq üzrə olarkən şotlandlar son dəqiqələrdə iki qol vuraraq qələbə qazandılar. Türkiyə millisi də ilk oyunda İspaniyaya biabırçı məğlubiyyətdən sonra səfərdə qollu bərabərliklə nisbətən reabilitasiya oldu. Doğrudur, bu oyunda ispanlar üçün iddia yox idi.
B qrupu
İsveç – Sloveniya 1:1
Lundqren, 87 – Elşnik, 64.
Kosovo – İsveçrə 1:1
Musliya, 74 – Varqas, 47.

C qrupu
Belarus – Yunanıstan 0:0
Şotlandiya – Danimarka 4:2
Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+8 – Heylunn, 57-p. Dorqu, 82.

E qrupu
Bolqarıstan – Gürcüstan 2:1
Rusyev, 10. F. Karstev, 24 – Loçoşvili, 88.
İspaniya – Türkiyə 2:2
Dani Olmo, 4. Oyarsabal, 62. Gül, 42. Özcan, 54.

H qrupu
Avstriya – Bosniya və Her. 1:1
Qreqoriç, 44 – Tabakoviç, 12.
Rumıniya – San Marino 7:1
Rossi, 13-avtoqol. Bayyaram, 29. Man, 42. Valentini, 57-avtoqol. Haci, 76. Ratsyu, 61. Muntyanu, 86-p. – Cakopetti, 2.

J qrupu
Belçika – Lixtenşteyn 7:0
Vanaken, 3. Doku, 34; 41. Mehele, 52. Salamakers, 55. De Ketelare, 57; 59.
Uels – Şim. Makedoniya 7:1
Uilson, 18-p.; 75; 81-p. Bruks, 21. Conson, 37. Den. Ceyms, 57. Broudhed, 88 – Miovski, 23.
