“Vandaag Inside” verilişində Kriştiano Ronaldodan söz açan Rafael van der Vaart onun narsist olduğuna inandığını deyib:
“Ronaldonun idman çantasında bizim hamımızın birlikdə istifadə etdiyimizdən çox krem olurdu. Həqiqətən bu mənə qəribə gəlirdi. Amma eyni zamanda o, əsl vəhşi idi. Qol vurmayanda özünə yer tapa bilmirdi və deyinə-deyinə dururdu. Ancaq hər gün belə bir oğlanla məşq edib nə etdiklərini görəndə…Mən onun etdiklərinin heç beş faiz belə etmirdim”.