Azərbaycan millisi məzmunsuz oyunla İslandiyaya məğlub oldu

13.11.25 | 21:25
Ölkə futbolu

Oyun ərəfəsi

Milli komandanın sükanı arxasına gəldikdən sonra Ukrayna ilə Bakıda heç-heçəyə görə təriflər qazanan baş məşqçi Ayxan Abbasova Fransaya 0:3, Ukraynaya 1:2 hesablı məğlubiyyətlərə görə də gözün üstə qaşın var deyən olmadı. Yəni, İslandiya ilə oyuna qədər əksəriyyət onun qısa müddətli fəaliyyətini qənaətbəxş hesab edir. Bir sözlə Abbasov  hələ ki,öz sələfi Fernandu Santuşa olan nifrətin dalğaları arasında gizlənməyi bacarıb. Lakin İslandiya ilə oyun Ayxan Abbasov üçün əsl imtahan olacaq. Doğrudur, komandanın iki əsas üzvü Elvin Cəfərquliyev və Mahir Əmrəli bu matçdan kənarda qalıb. Bununla yanaşı İslandiya üçün Bakı qarşılaşması həlledici xarakter daşıyır. Qələbə islandların dünya çempionatına çıxmaq şansını saxlayacaq.

Abbasov heyətdə maraqlı gedişlər edib. Qapnın Aydın Bayramova tapşırıb, xəstəliyi üzündən heyətdən çıxarılan Cəfərquliyevin yerinə isə Rüfət Abbasovu ilk 11-likdə buraxıb. Hər iki futbolçu milli komandada debüt etdi. “Qarabağ”ın heyətində oyun vaxtı qazanmayan Abbas Hüseynovun hansı səbəbdən millinin əsas heyətinə daxil edilməsi isə sual doğurmaya bilməzdi.

Oyunun gedişi

Oyun qonaqların üstünlüyü ilə başladı və millimiz 20 dəqiqə tab gətirə bildi. Albert Qudmundsson hesabı açdı. Fasiləyə qədər İslandiya yığması hesabı daha da artırdı. Buraxılan hər iki qolda Bəhlul Mustafazadənin səhvi vardı. Birinci qolda oyunçusunu buraxan müdafiəçi ikinci qolda hava mübarizəsini uduzdu. İkinci qolda ona komanda yoldaşı Toral da axıra qədər oynamamaqla “kömək” etdi.

İkinci hissə Nərimanın cərimə meydanı önündən güclü zərbəsi ilə başladı. Top qapının üstündən keçdi. Bu zərbə ümid zərbəsi kimi göründü. Amma milli komandanın oyunundan nə sürət, nə yaradıcılıq, nə məzmun var idi. Bu isə qonaqlara rahat oynamağa, üstəlik ara-sıra zərbəyə çıxmağa imkan verirdi. İki epizodda qapıçı Bayramov yaxşı oynayaraq hesabın daha da artımasına mane oldu. Yalnız 80-ci dəqiqədə Rüfət Abbasov qapıçı Olafssonu oyuna qoşulmağa məcbur etdi. Olafsson onun uzaq küncə yönələn zərbəsini tullanışla çıxardı. Oyunun sonlarına yaxın qapıçımız daha bir epizodda yaxşı oynadı. İslandiya millisi çətinlik çəkmədən istədiyi 3 xalını qazandı.


D qrupu

Azərbaycan – İslandiya 0:2
8-ci km qəsəbə stadionu.
Baş hakim:Nikola Dabanoviç

Azərbaycan: Aydın Bayramov, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Anton Krivatsyuk, Abbas Hüseynov, Xəyal Əliyev (Rüfət Abdullazadə, 72), Emin Mahmudov (Rüstəm Əhmədzadə, 60), Abdullah Xaybulayev (Anatoli Nuriyev, 84), Rüfət Abbasov, Toral Bayramov (Ceyhun Nuriyev, 60), Nəriman Axubdzadə (Rinat Dadaşov, 72).
İslandiya: Elias Rafn Olafsson, Mikael Egill Ellertsson, Daniel Leo Qretarsson, Sverrir İnqason, Viktor Plasson, Hakon Arnar Haraldsson, İsak Berqmann Yohannesson (Stefan T. Tordarsson, 90), Yohan Qudmundsson (Yon Daqur Torsteynsson, 68), Kristian Hlinsson (Daniel Qudyonsen, 68), Albert Qudmundsson (Gisli G. Tordarsson, 90), Andri Qudyonsen (Brynyolfur A. Villumsson, 68).,

Qollar: A. Qudmundsson, 20 (0:1). S. İnqasson, 39 (0:2).

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13