“Qarabağ”ın pley-off şansı: 4 xalı haradan alaq?

06.11.25 | 11:28
Ölkə futbolu

Çempionlar Liqasının 4-cü turundan sonra “Qarabağ”ın pley-off raunduna çıxması üçün şansları yüksəkdir. Riyazi hesablamaya görə 11-12 xal pley-off mərhələsinə çıxmaq üçün kifayət edir. Ağdam klubunun daha 4 xal üçün hansı oyuna ümid etməlidir. Qarşıda Neapol səfəri var. “Napoli” geridə qalan turlarda sabit təsir bağışlamayıb və növbəti raunda çıxacaq sıralamanın lap sonunda yer tutub. Bu baxımdan noyabrın 25-də “Qarabağ”la oyun italyanlar üçün həlledici olacaq. Xal itkisi onları çətin duruma sala bilər. Bu səbəbdən ağdamlıları çətin sınaq gözləyir.

“Köhlən atlar” 3 xala 6-cı turda ümid edə bilər.  Dekabrın 10-da Bakıya gələcək “Ayaks” heç də yaxşı vəziyyətdə deyil. Keçirdiyi bütün oyunlarda məğlub olan amsterdamlılar sonuncu pillədə qərarlaşıb və oyun keyfiyyətinə görə də qarabağlıların dişinə görədir. Yanvarın 1-də Bakıya gələcək “Ayntraxt”dan da baş açmaq olmur. “Qalatasaray”ı ilk turda darmadağın edərək canımıza vəlvələ salan almanlar bundan sonra qalan 3 oyunda yalnız bir heç-heçə ilə yadda qaldı. Şübhəsiz, frankfurtlular çətin rəqibdir, amma 1 xal götürmək olar. Bu oyunun nəticəsi “Qarabağ”ın yanvarda hansı formada olmasından asılı olacaq. Son turda “Liverpul”la oyun vahiməli görünür. Təbii ki, bu oyundan xal almaq şansımız cüzidir. Yeganə ümid onadır ki, o vaxta qədər şansını təmin etmiş “qırmızılar” oyuna ikinci heyətlə çıxsın və barmaqarası yanaşsın.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03