Türkiyə Superliqasının növbəti turnda çempionatın lideri “Qalatasaray” öz meydanında ikinci yerdə gedən “Trabzonspor”la qarşılaşıb. Bunadək yalnız bir oyunda heç-heçə edən və qalan görüşlərin hamısında qələbə qazanan “sarı-qırmızılılar” trabzonluların müqavimətini qira bilməyiblər. Görüş qolsuz bərabərliklə başa çatıb. Turun mərkəzi oyunu noyabrın 2-də “Beşiktaş”la “Fənərbağça” arasında keçiriləcək. İstanbul derbisi Bakı vaxtıyla 21.00-da başlayacaq.