Noyabrın 5-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ” – “Çelsi” oyununa 22 500 bilet satılıb. Bu məlumatı Ağdam klubunun rəsmi saytı yayıb.
Xatırladaq ki, 2017-ci ildə Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” oyunu Çempionlar Liqasında turun ən çox tamaşaçı toplayan oyunu olmuşdu. O zaman oyunu 67 min 100 tamaşaçı izləmişdi. Təbii ki, Tofiq Bəhramov stadionunun məhdud tutumu bu rekordu təkrarlamağa imkan verməyəcək. Baxmayaraq ki, oyuna maraq həddən artıq yüksəkdir.