Türkiyə millisi öz meydanında Gürcüstanı darmadağın edərək demək olar ki, ikinci yeri təmin etdi. Lakin qrupda yerlərin rəsmiləşməsi ən azı növbəti tura qaldı. Bu oyunda gürcülərin rəqibi adını qazanmış Merih Demiral iki qol vurdu. Qrupun şəksiz lideri İspaniya Bolqarıstanı darmadağın edərək birinci sıraya bir addım da yaxınlaşdı. İspanlar qapısında bir qol görmədən 4 oyunda 4 qələbə qazanıb. Portuqaliya millisi isə həlledici görüşdə Macarıstan üzərində qələbə qazanaraq mundiala vəsiqə qazanmağa yaxın idi. Lakin Soboslayın son saniyələrdəki qolu intriqanı saxladı. Bu görüşdə Kriştiano Ronaldo iki qol vuraraq hələ də komandasının aparıcı oyunçusu olduğunu təsdiqədi. Macarıstanla oyunda fərqlənən Ronaldo daha bir rekordu qırdı. O dünya çempionatının seçmə mərhələsinin bütün zamanlarda ən məhsuldar oyunçusu oldu. O, macarların qapısına atdığı iki qolla DÇ-yə vəsiqə qazanmaq üçün keçirilən oyunlarda vurduğu qolların sayını 41-ə çatdırdı. Əvvəlki rekordun sahibi DÇ-nin seçmə turnirində 39 qol vuran Qvatemala yığmasının forvardı Karlos Ruiz idi. Yeri gəlmişkən, 40 yaşlı Ronaldo karyerasında 947 qolu vurub.
İngiltərə də asan qələbə ilə mundiala vəsiqəni təmin etmiş oldu. İngilislər Avropa seçmələrindən DÇ-yə çıxan ilk komanda adını qazandı.
E qrupu
İspaniya – Bolqarıstan 4:0
M. Merino, 35; 57. Çernev, 69-avtoqol. Oyarsabal, 90+2.
Türkiyə – Gürcüstan 4:1
Kenan Yıldız, 14. Merih Demiral, 22; 52. Yusuf Akgün, 35 – Koçeraşvili, 55.

F qrupu
Portuqaliya – Macarıstan 2:2
Ronaldo, 22; 45+3 – Şalai, 9. Soboslai, 90+2.
İrlandiya – Ermənistan 1:0
Ferqyuson, 70.

I qrupu
Estoniya – Moldova 1:1
Kyayt, 12 – Bodiştyanu, 64.
İtaliya – İsrail 3:0
Reteqi, 45+2 – pen; 74. Mançini, 90+3.

K qrupu
Latviya – İngiltərə 0:5
Qordon, 26. Keyn, 44; 45+4 – pen. Tonisevs, 58-avtoqol. Eze, 86.
Andorra – Serbiya 1:3
Silvian Lopes, 17 –S. Qarsia, 19-avtoqol. Vlahoviç, 54. Mitroviç, 77-pen.
