İspaniya La Liqasının mətbuat xidməti “X” sosial şəbəkəsində mövsümün ilk “El Klasiko”sunun vaxtını açıqlayıb. “Real Madrid” – “Barselona” bu mövsüm ilk dəfə 26 oktyabrda, Madridin “Santyaqo Bernabeu” stadionunda qarşılaşacaqlar. Oyun saat 19:15-də başlayacaq.
Hazırda “kral klubu” İspaniya çempionatının turnir cədvəlində 6 oyundan sonra topladığı 18 xalla 1-ci pillədə qərarlaşıb. “Barsa” isə 1 oyun az keçirib və madridlilərdən 5 xal geri qalır.