“Bayer” Yulmandın debütündə qələbə qazandı!

13.09.25 | 11:15
Dünya futbolu

“Bayer Leverkuzen” Erik ten Haqla yollarını ayırdıqdan sonra ilk oyununu keçirib. Komandanın sükanı arxasına Danimarka millisindəki işi ilə tanınan Kasper Yulmand keçib. “Əczaçılar” Bundesliqanın yeni mövsümündə ilk qələbəsini qazanmaq üçün “Ayntraxt”ı qəbul ediblər.

Fasiləyədək leverkuzenlilər 2 qol vurdu və hər ikisi standart vəziyyətdən gəldi. Belə ki, 10-cu dəqiqədə Qrimaldo cərimə zərbəsindən gözəl qolla hesabı açdı. 45-ci dəqiqədə isə leverkuzenlilər penalti qazanaraq hesabı artırdılar – Patrik Şik fərqləndi. İlk hissə 2:0 hesabı ilə başa çatdı.

Fasilədən sonra “Ayntraxt” oyuna xeyli sürət gətirdi. İkinci hissə başlayan kimi Frankfurt təmsilçisi 52-ci dəqiqədə türkiyəli yarımmüdafiəçi Can Uzunla fərqi azaltmağa nail oldu – 2:1.

Cəmi 7 dəqiqə sonra meydan sahibləri azlıqda qaldı – Andrix ikinci sarı vərəqə ilə meydan qovuldu. Oyunun son dəqiqələrində isə yeni transfer İqnasiо Fernandez ikinci sarı vərəqə alaraq komandasını meydanda 9 nəfər qoydu. Buna baxmayaraq, “Ayntraxt” hesabı bərabərləşdirə bilmədi. Əksinə, son dəqiqədə Qrimaldo yenidən cərimə zərbəsindən fərqlənərək yekun nəticəni müəyyənləşdirdi – 3:1.

Beləliklə, Kasper Yulmand “Bayer”də qələbə ilə başladı. Frankfurt təmsilçisi isə yeni mövsümdə ilk məğlubiyyətini yaşadı.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41